Uçan boşqab

uşaqların uğurlu inkişafı üçün interaktiv və əyləncəli tapşırıqlar toplusudur. Övladınızın söz bazasını inkişaf etdirmək, ətraf aləm haqqında biliklərini genişləndirmək və məktəbə hazırlaşdırmaq istəyirsiniz? Elə isə sizin yolunuz bizimlədir.

Alimok 2019-cu ilin yanvar ayında fəaliyyətə başlamışdır. Valideynlər və müəllimlər tərəfindən, ümumi məktəb proqramından əlavə materiallardan istifadə edilməsi və ev tapşırıqlarına hazırlaşmaq üçün bir vasitə kimi tanınmışdır. Saytımızda olan bütün tapşırıqlar uşaqların dünyagörüşünü inkişaf etdirmək və biliklərinin möhkəmləndirilməsinə yönəlmişdir. Hər yaş qrupuna aid edilmiş tapşırıqlar professional pedaqoqlar tərəfindən tərtib edilmiş və natiqlər tərəfindən səsləndirilmişdir. Saytımızdakı şəkillər isə psixoloqların tövsiyələrinə əsasən dizaynerlər tərəfindən hazırlanır.

Bizi əhatə edən ətraf aləm daim genişlənir, inkişafetdirici və maarifləndirici məlumatlarla zənginləşir. Artıq bizimlə yeni biliklər əldə etmək çox sadə və asandır.

Əsas məqsəd

Uşağın inkişaf yoluna doğru istiqamət verərək sadiq yoldaş olmaq, onun təhsilə olan marağını və sərbəst inkişafını dəstəkləmək.

Proqrama nələr daxildir?

Layihəmiz 3-10 yaşlı uşaqlar üçün 10.000-dən çox öyrədici və inkişafetdirici tapşırıqları özündə cəmləmişdir. Riyaziyyat, rus dili və ingilis dili, ətraf aləmlə tanışlıq, diqqət, məntiq və təfəkkürün inkişafına yönəlmiş tapşırıqlar Təhsil nazirliyi tərəfindən təsdiq edilmişdir. "Metodiki tövsiyələr" bölməsindəki məlumatlardan isə həm müəllimlər, həm də valideynlər yararlana bilərlər. Bu bölmədə valideynlər uşaqlarda yaş dövrü ilə əlaqədar yaranan psixoloji problemlərin necə aradan qaldırmaq yolları haqqında məlumat ala biləcək və eyni zamanda övladlarının məktəbə hazırlıq dövründə maraqlandıqları digər suallara cavab tapacaqlar.

Niyə biz?

  • Layihəmizin maarifləndirici proqramı, ümumtəhsil məktəblərində təsdiq edilmiş proqrama əsaslanır və bu layihəyə aşağıdakılar daxildir:
  • Həm məktəbəqədər, həm də məktəb yaşlı uşaqlara uyğun 10.000-dən çox inkişafetdirici tapşırıq;
  • Hər bir yaş qrupundakı uşaqlara fərdi yanaşmaq;
  • Azyaşlı istifadəçilərimiz üçün öyrədici tapşırıqların professional natiqlər tərəfindən səsləndirilməsi;
  • Uşaqlar üçün təhlükəsiz və reklamdan kənar mühitin yaradılması;
  • Bölmələri uğurla başa vurduğu halda uşaqların motivasiyaedici sertifikatlar və mükafatlar qazanması;
  • Statistikaya əsasən valideynlərin öz övladının nəticələrini izləyə bilməsi;
  • Ən yaxşı pedaqoji heyət;
  • Uşaq psixoloqları tərəfindən dəstək;
  • Müəllimlərin yararlana biləcəyi maarifləndirici resurs.
© «Professional IT» MMC, 2018-2019
Master Card Visa Card Yandex Kassa

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook Instagram