Uçan boşqab
spaceship-less

Nəşr tarixi: 16-04-2019

Alimok.com saytı MDB ölkələrindən, eləcə də Gürcüstan və Ukraynadan olan istifadəçilər üçün nəzərdə tutulmuşdur və Avropa İttifaqının (Aİ) vətəndaşları və ya Aİ ölkələrindən hər birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür istifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli və Saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.

İstifadəçi Razılaşması

Alimok.com saytının tədris xidmətindən (bundan sonra "Sayt") istifadə etmək barədə bu İstifadəçi Razılaşması (bundan sonra "Razılaşma") öz Nizamnaməsi əsasında fəaliyyət göstərən baş direktoru İradə Anoxinanın şəxsində təmsil olunan ak.Topçubaşev küç.21, mən.24, Bakı şəhəri, Azərbaycan Respublikası ünvanında qeydiyyatdan keçmiş “Professional IT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “İcraçı”) İnternet istifadəçiləri üçün rəsmi təklifidir (publik oferta). İstifadəçi Razılaşması xidmətlərin göstərilməsi qaydasını tənzimləyir, həmçinin "İcraçı" ilə xidmətin istifadəçisinin, bundan sonra “İstifadəçi” adlanacaq, qarşılıqlı hüquq və öhdəliklərin müəyyən edir.

1 1. Terminlər və anlayışlar

  • 1.1. Sayt - www.alimok.com, www.alimok.az və www.alimok.ru domeni ilə internet şəbəkəsində yerləşən veb sayt.

  • 1.2. Icraçı - “Professional IT” Məhdud Məsuliyyətli Cəmiyyəti, eləcə şirkət adından fəaliyyət göstərən səlahiyyətli əməkdaşlar.

  • 1.3. Qonaq - saytda qeydiyyatdan keçməmiş, saytın pulsuz versiyasını və saytın məhdud xidmətlərindən istifadə edən şəxsdir. Bu Məxfilik Siyasəti Qonaqlar üçün tətbiq edilmir. İcraçı saytda qeydiyyatdan keçməmiş şəxslər üçün məsuliyyət daşımır.

  • 1.4. İstifadəçi - Saytda hesab açmaqla qeydiyyatdan keçmiş, İstifadəçi Razılşaşmasının şərtlərini qəbul edən yetkinlik yaşına çatmış fiziki şəxs. Istifadəçi Saytda yetkilinlik yaşına çatmayan şəxsin (bundan sonra - Şagird) adından çıxış edir, onun müstəqil işini təşkil edir və xidmətlərdən istifadə haqqında məlumat alır.

  • 1.5. Şagird - Saytın şəxsi inkişaf və əlavə təhsil üçün təqdim etdiyi xidmətlərdən istifadə edən yetkinlik yaşına çatmayan fiziki şəxs.

  • 1.6. Saytın xidmətləri – Saytın funksiyaları, xüsusiyyətləri və ya bölmələri. Qonaqlər, İstifadəçilə və Premium versiya İstifadəçiləri üçün təqdim olunan xidmətlər fərqlidir. Premium versiya İstifadəçiləri və əlaqədar Şagirdlər Sayt təqdim etdiyi maksimal Xidmətlərdən istifadə edə bilərlər.

  • 1.7. Hesab – Saytda qeydiyyat prosesi zamanı yaradılmış, login (elektron poçt) və şifrə ilə identifikasiya olunan istifadəçi hesabı. Hesabın mövcudluğu İstifadəçinin Saytın əlavə xüsusiyyətlərinə çatmasına imkan verir və 1) İstifadəçi və 2) Şagird (və ya Şagirdlər) haqqında fərdi məlumatları ehtiva edir.

  • 1.8. Premium-versiya - saytın versiyası, ödəniş edən İstifadəçi üçün müəyyən dövr ərzində aktiv olan versiya, hansı ki müddətin tamamlanması ilə başa çatır.

  • 1.9. Məzmun – tam fəaliyyət üçün zəruri olan Saytın bütün materialları (qrafik, təsvir, mətn, video, səs, proqram kodu daxil olmaqla).

  • 1.10. Statistika - İstifadəçinin müxtəlif parametrlərə uyğun olaraq Şagirdin inkişafını izləməyə və nəzarət etməyə imkan verən Saytın xidmətləri.

  • 1.11. Aksept – İstifadəçi tərəfindən Saytda registrasiyadan keçməklə İstifadəçi Razılaşmasının bütün şərtlərinin qəbul edilməsi.

  • 1.12. Məxfilik siyasəti – İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsi olan fərdi məlumatlardan istifadə ilə bağlı razılaşma.

Müqavilənin predmeti

  • 2.1. İcraçi İstifadəçiyə Alimok veb-saytından, habelə Saytda müxtəlif vaxtlarda təqdim olunan xidmətlərdən istifadə hüququnu verir.

  • 2.2. İstifadəçi Saytda qeydiyyatdan keçməzdən əvvəl bu Razılaşmanın bütün şərtləri ilə tam tanış olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinin tələblərinə zidd olmayaraq, İstifadəçinin Saytda qeydiyyat keçməsi onun bu Razılaşmanın bütün şərtlərini qəbul etməsi mənasını daşıyır.

  • 2.3. İcraçı Saytda yerləşdirilən tariflərə uyğun müvafiqin ödənişin həyata keçirilməsindən sonra İstifadəçinin tələbi ilə ona Saytın xidmətlərin tam istifadə hüququnu (Premium versiya) təqdim edir.

  • 2.4. İcraçı İstifadəçinin razılığı olmadan öz öhdəliklərinin yerinə yetirilməsi üçün üçüncü şəxslərin xidmətlərin istifadə edə billər. İcraçı üçüncü şəxslərin hərəkətləri üçün İstifidəçi qarşısında məsuliyyət daşıyır.

  • 2.5. İstifadəçi Razılaşması İstifadəçi tərəfindən aksept (qəbul) olunduqdan sonra qüvvəyə minir və aşağıdakı tarixlərdən birinə qədər qüvvədədir: 1) İstifadəçi tərəfindən hesabın silindiyi tarix və ya 2) İstifadəçi Razılaşmasının ləğv edilməsi tarixinə qədər.

  • 2.6. Saytın bütün xidmətlərindən tam istifadə hüququ (Premium versiya) İstifadəçinin "Tariflər" bölməsində seçdiyi abunəliyin qüvvədə olma müddətindən asılıdır. Tam istifadə hüququnun (Premium versiya) müddəti müvəffəqiyyətli ödəniş anından başlayır və aşağıdakı tarixlərdən birində başa çatır: a) İstifadəçi tərəfindən hesabın silindiyi tarixdən və ya b) ödənişli abunəliyin sona çatması ilə.

3. İstifadənin ümumi qaydaları

  • 3.1. Premium versiyasını satın almamış saytın Qonaqları və istifadəçiləri Saytdan tam istifadə etmək imkanına malik deyildir, məhdud sayda xidmətlərdən (İcraçı tərəfindən sərbəst qaydada müəyyən olunan) istifadə imkanına malikdirlər və istifadə tamamlandıqdan sonra İcraçı tərəfindən müəyyən olunan müddətə girişləri ləğv olunur.

  • 3.2. Qonaq İstifadəçi olmaq və Saytın xidmətlərindən istifadə imkanlarının genişləndirilmək üçün qeydiyyatdan keçməlidir (Hesab yaratmalıdır). İstifadəçi ona məxsus etibarlı elektron poçt ünvanından istifadə etməlidir, hansıki qeydiyyat prosesi zamanı avtomatik olaraq göndərilən e-mailində göstərilən linki açmaqla təsdiq edilməlidir. İstifadəçi düzgün olmayan elektron poçt ünvanı (mövcud olmayan, səhvlərin göstərilən) daxil etdiyi təqdirdə, İcraçı hesab yaratma prosesinin uğurla başa çatmasına təminat vermir.

  • 3.3. İcraçı, Razılaşmanın ayrılmaz tərkib hissəsi olan "Məxfilik Siyasəti" na uyğun olaraq İstifadəçilərin fərdi məlumatlarını toplayır, sistemləşdirir və saxlayır.

  • 3.4. İcraçı, qeydiyyatdan keçmə və şagirdlərin əlavə edilməsi prosesində İstifadəçi tərəfindən verilən məlumatları düzgünlüyünü yoxlamır. İstifadəçi təqdim etdiyi bəzi məlumatlarının üçüncü şəxslərə açıq olacağını təsdiqləyir və razılaşır.

  • 3.5. İcraçı İstifadəçinin razılığı olmadan qanunvericiliyin və (və ya) İstifadəçi Razılaşmasının tələblərinə uyğun olmayan qadağan edilmiş materialları silmək hüququna malikdir.

  • 3.6. Saytdan istifadə edərkən İstifadəçinin avadanlıqları ilə bağlı texniki problemlər yarandıqda, o, İcraçıya support@alimok.com ünvanından elektron poçtla məlumat verməlidir. İcraçı 15 iş günü ərzində İstifadəçinin mesajını nəzərdən keçirir və problemi həll etmək üçün ona elektron poçt ünvanı vasitəsilə tövsiyələrini göndərir. İstifadəçi bu tövsiyələrə əməl etmədikdə, İcraçı Saytın düzgün işləməməsi üçün məsuliyyət daşımır. Alimok.com saytı MDB ölkələrindən, eləcə də Gürcüstan və Ukraynadan olan istifadəçilər üçün nəzərdə tutulmuşdur və Avropa İttifaqının (Aİ) vətəndaşları və ya AB ölkələrindən hər birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür istifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli və Saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.

  • 3.7. İstifadəçinin login və şifrəsindən istifadə edərək, Hesaba icazəsiz daxil olma halı aşkarlandığında, İstifadəçi, İcraçıya bu Razılaşmada qeyd olunan əlaqə vasitələri və ya elektron poçt ünvanı vasitəsilə ilə dərhal məlumat verməli və Hesabının şifrəsini dəyişdirməlidir.

  • 3.8. İstifadəçi, Saytda qeydiyyatdan keçdikdə, İcraçının elektron poçt vasitəsilə göndərəcəyi aşağıdakı xarakterli mesajları qəbul etməyə razılıq verir:

    • xidməti məlumatı olan məktublar (məsələn, Saytda qeydiyyatın təsdiqlənməsi, parolun bərpası və s.);

    • İstifadəçiyə Saytın və onun Xidmətlərinin səmərəli istifadəsi ilə bağlı məlumat verilməsi

    • İcraçının fəaliyyətinə dair marketinq məlumatları və xəbərlər. İstifadəçi bu mesajların alınmasından imtina edə bilər.

4. Xidmətlərin ödənilməsi

  • 4.1. İcraçı İstifadəçiyə İstifadəçi Razılaşmasına uyğun olaraq 100% öncədən (avans) ödəmə halında Saytın Premium versiyasından istifadə etmək hüququnu verir.

  • 4.2. Tarif planını seçdikdən sonra, İstifadəçi İcraçının xidmətləri üçün bank ödəmə kartlarından istifadə etməklə lisenzorun cari hesabına "GoldenPay" elektron ödəniş sistemi vasitəsilə pul köçürmələri yolu ilə ödəniş edir.

  • 4.3. İcraçı İstifadəçinin bank kartları/hesabları və həmçinin digər maliyyə məlumatları barədə məlumatları tələb etmir və özündə saxlamır, bütün bu məlumatlar müvafiq müqavilələr əsasında birbaşa İcraçının tərəfdaşları tərəfindən işlənir.

  • 4.4. İcraçı ödəmə təminatçısının sistem proqram təminatına nəzarət etmir və bu cür sistemdə yaranan səhvlərə görə məsuliyyət daşımır. Belə səhvlər nəticəsində İstifadəçinin hesabından pul məbləği silinmi, lakin ödəniş provayderi tərəfindən köcürülmədiyi halda, İstifadəçiyə vəsaitləri geri qaytarma öhdəliyini elektron ödəniş sisteminin provayderi daşıyır. İstifadəçi ödənişlərin düzgünlüyünə görə birbaşa məsuliyyət daşıyır.

  • 4.5. İcraçı Premium versiyasının dəyərini İstifadəçilərə bildirmədən birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Belə dəyişiklik tam ödənişi həyata keçirmiş istifadəçilərə şamil olunmur.

5. Pul vəsaitlərinin geri ödənilməsi və hesabın ləğvi

  • 5.1. İstifadəçi Hesabı ləğv etmək və özü haqqında məlumatları tamamilə silmək hüququna malikdir. Silinmə barədə sorğu göndərildikdən sonra 30 gün ərzində İstifadəçi silinmə tələbini ləğv edə bilər. 30 gün sonra Hesab və fərdi məlumatlar birdəfəlik silinəcəkdir. Saytdan Hesabın silinməsi İstifadəçinin könüllü fəaliyyəti olub qeydiyyatın ləğv edilməsidir və Premium versiyası üçün ödənilən vəsait geri qaytarılmır.

  • 5.2. İstifadəçi Premium versiyasının etibarlılıq müddəti ərzində Saytı və Xidmətlərini istifadə etmədikdə və ya onları fasilələrlə və ya hər gün istifadə etmədikdə, (səbəbindən asılı olmayaraq), İcraçıya ödənilən vəsaitin yenidən hesablanması və İstifadəçiyə geri ödənilməsi nəzərdə tutulmur.

  • 5.3. İcraçının səhvindən 72 saatdan çox müddətə davan edən texniki problemlər olduğu halda, İstifadəçinin Sayta daxil ola bilmədiyi müddət üçün İstifadəçinin Hesabının istifadə müddəti uzadıla bilər. Bu cür uzadılma https://alimok.com/az/contacts səhifəsində nəzərdə tutulan əlaqə vasitəsilə İstifadəçinin yazılı müraciətinə əsasən həyata keçirilir. Ərizə istifadəçinin e-poçt ünvanını/loginini, həmçinin Premium versiyasının ödənişli müddətinin başlanğıc və bitiş tarixlərini ehtiva etməlidir.

  • 5.4. İcraçı İstifadəçinin seçdiyi abunəliyə uyğun olaraq, Premium versiyasını istifadə hüququ başa çatdıqda, öncədən xəbərdarlıq etmədən İstifadəçinin Premium versiyasına, Xidmətə girişini dayandırır. İcraçı Premium versiyaya girişin dayandırılması barədə İstifadəçiyə əlavə bildiriş verməmək hüququnu özündə saxlayır.

  • 5.5. Saytdan istifadə üçün İstifadəçinin ödədiyi vəsaitlərin qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Geri qaytarma üsulu və şərtləri İcraçı və İstifadəçi arasında e-mail vasitəsilə ilə də razılaşdırıla bilər.

6. Əqli mülkiyyət

  • 6.1. Sayta, alimok.com saytının təqdim etdiyi Xidmətlərə və Məzmuna dair, eləcə də şəkillər, video və səs, metodik məzmun, dizayn elementləri, məlumat bazaları, proqram kodu və mətnləri daxil olmaqla, bütün hüquqlar İcraçıya məxsusdur.

  • 6.2. İstifadəçiyə Saytın və onun Məzmununun proqram təminatından istifadə etmək üçün qeyri-müstəsna və ötürülməyən hüquq verilir. İstifadəçi tərəfindən, Saytda olan İcraçının müstəsna hüquqlarını köçürmək, dəyişdirmək, silmək, əlavə etmək, nəşr etmək, törəmə əsərlər yaratmaq, onlara əsaslanan məhsullar hazırlamaq, satmaq, və ya hər hansı digər şəkildə qanunsuz istifadə etmək qadağandır.

  • 6.3. Saytda əqli mülkiyyət hüquqlarının pozulması halı aşkar edildikdə, müvafiq hüquqları pozulmuş şəxs mübahisələrin məhkəməyəqədər həlli qaydasında İcraçının support@alimok.com elektron poçt ünvanına müvafiq etiraz məktubunu göndərməlidir.

7. Məsuliyyətin məhdudlaşdırılması

  • 7.1. Sayt və Saytın Xidmətləri "olduğu kimi" təqdim edilir. İcraçı Sayt və Xidmətlərin İstifadəçinin və Şagirdlərin məqsəd və tələblərinə uyğun olmasına zəmanət vermir. İcraçı mümkün olan bütün tədbirləri görəcək, lakin Sayta girişin davamlı, tez, etibarlı və səhvsiz olacağına təminat vermir. Saytdan istifadə zamanı daha yaxşı nəticə əldə etmək üçün İstifadəçi brauzerlərin yeni versiyasını istifadə etməyi öhdəsinə götürür.

  • 7.2. İcraçı və ya onun nümayəndələri heç bir halda, İstifadəçiyə və ya üçüncü şəxsə vurulmuş hər hansı bir dolayı, təsadüfi, qəsdi zərər üçün, eləcə də əldən çıxmış gəlir və ya itirilmiş məlumatlar, şərəf, ləyaqət və ya işgüzar nüfuzun zədələnməsinə səbəb olan hallar üçün məsuliyyət daşımır.

  • 7.3. Saytın bölmələrində digər İnternet resurslarına keçidlər yerləşdirilə bilər. İstifadəçi İcraçının bu resursların mövcudluğu və onlarda yerləşdirilmiş məlumatlar, eləcə də bu resursların istifadəsi ilə bağlı hər hansı nəticələrə görə məsuliyyət daşımır.

  • 7.4. İcraçı Saytdan istifadə müddətində yetkinlik yaşına çatmayanların təhsil prosesində birbaşa iştirak etmir. İcraçı uşaqlarda intellektual bacarıqların inkişafına, təhsil müəssisələrində dərəcələrinin artmasına, hər hansı bir bacarığın əldə olunması və ya inkişaf etməsinə təminat vermir. İcraçı hesab edir ki, bu amillər Şagirdin şəxsi xüsusiyyətlərindən və digər amillərdən asılıdır.

  • 7.5. İcraçı yetkinlik yaşına çatmayan şəxslərin məktəb və digər tədris müəssisələrinə hazırlıq səviyyəsinə məsuliyyət daşımır.

  • 7.6. İcraçı Saytın Məzmunu və Xidmətlərinin keyfiyyətinə nəzarət edir, lakin bu materialların İstifadəçilər tərəfindən istifadəsi üçün, habelə uşağın davranışının inkişaf nəticələri, Saytın Məzmunu və Xidmətlərindən istifadənin təbiəti, Saytın Məzmunu və Xidmətləri ilə əlaqədar istifadəçilərin və ya Qonaqlərin şərhləri üçün məsuliyyət daşımır.

  • 7.7. İstifadəçi və Qonaq, Saytdan və Sayt Xidmətlərindən istifadə edərkən yetkinlik yaşına çatmayan Şagirdin hərəkətlərinə nəzarət edəcəyinə təminat verir. Şagirdin bütün hərəkətləri İstifadəçinin birbaşa nəzarəti altında və razılığı ilə həyata keçiriləcəkdir.

  • 7.8. İstifadəçi və ya Qonaq Saytdan istifadə edən yetkinlik yaşına çatmayan şəxsin fiziki və psixi sağlamlığı üçün məsuldur.

  • 7.9. İcraçı tapşırıqlarda edilən səhvlərə və ya düzgün cavab göstərilməməsinə görə məsuliyyət daşımır. Tapşırıqlarda səhv müəyyən etmiş İstifadəçi və ya Qonaq bu barədə İcraçıya məlmat verməlidir. İcraçı İstifadəçinin bu barədə müraciətini mütləq nəzərdən keçirməlidir. Göstərilən səhv təsdiqlənməzsə, həmçinin İstifadəçi bir neçə dəfə həqiqət olmayan müraciətlər göndərdikdə, İcraçı İstifadəçinin mesajlarını nəzərə almamaq və digər hallarda Razılaşmanın ləğv etmək hüququnu özündə saxlayır.

  • 7.10. İcraçının məsuliyyəti Saytda müəyyən edilmiş tariflərə uyğun olaraq Premium versiyanı satın almaq üçün İstifadəçinin ödədiyi məbləğlə məhdudlaşdırılır və onun hərəkətlərində təqsir olduqda tətbiq edilir. İcraçı Premium versiya istifadə etməyən istifadəçilər və Qonaqlar qarşısında heç bir maddi və digər məsuliyyət daşımır.

  • 7.11. Bu İstifadəçi Razılaşmasından və ya onunla əlaqədar yaranacaq bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Razılıq əldə olunmadıqda, bu İstifadəçi Razılaşmasına dair bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir.

8. Yekun müdəalar

  • 8.1. Alimok.com saytı (həmçinin digər domenlər: alimok.az və alimok.ru) “Professional IT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (qeydiyyat ünvanı: Akademik Topçubaşov küçəsi 21, mən. 24, Bakı, Azərbaycan, AZ1022) mülkiyətidir.

  • 8.2. Bu müqavilə publik müqavilədir və https://alimok.com/az/terms ünvanından əldə edilə bilər. Müqavilənin bütün əvvəlki versiyaları da göstərilən ünvanda mövcuddur.

  • 8.3. Saytdan istifadə etmək məqsədindən asılı olmayaraq, İstifadəçi Razılaşması bütün İstifadəçilər üçün tətbiq olunur. İstifadəçi Razılaşmanı qəbul etmədikdə Saytdan istifadəni dərhal dayandırır. Sayt Avropa İttifaqının (Aİ) vətəndaşları və ya Aİ ölkələrindən hər hansı birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür istifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli və Saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar

  • 8.4. İcraçı istənilən vaxt əvvəlcədən və ya sonradan xəbərdarlıq etmədən İstifadəçi Razılaşmasında dəyişiklik etmək və ya əlavə etmək hüququnu özündə saxlayır. Bucür dəyişikliklər Razılaşmanın yeni versiyasının Saytda yerləşdirildiyi tarixdən etibarən 3 (üç) gün keçdikdən sonra qüvvəyə minir. İstifadəçi, İstifadəçi Razılaşmasındakı dəyişiklikləri mütəmadi olaraq yoxlamalıdır. İstifadəçi Razılaşmasında dəyişiklik edildikdən sonra Saytdan istifadənin davam etdirilməsi, İstifadəçinin bütün dəyişiklikləri qəbul etdiyini və onlarla razı olduğunu mənasını daşıyır. İstifadəçi dəyişikliklərlə razı deyildirsə, Saytdan istifadə etməkdən imtina etməli, Saytın materiallarını və xidmətlərini istifadə etməyi dayandırmalıdır.

  • 8.5. İstifadəçi Razılaşması İcraçı tərəfindən a) İstifadəçiyə ən az 10 təqvim günü əvvəlcədən xəbərdar etməklə və ya b) İstifadəçinin Razılaşmanın şərtlərini pozduqda dərhal, birtərəfli qaydada ləğv edilə bilər.

  • 8.6. Məxfilik Siyasəti İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsi hesab olunur.

  • 8.7. Məhkəmə tərəfindən İstifadəçi Razılaşmasının hər hansı müddəasının etibarsız hesab edilməsi bütün Razılaşmanın etibarsızlığına səbəb olmayacaqdır.

  • 8.8. Saytın materialları, o cümlədən tapşırıqların sayı və mürəkkəbliyi, cavabların düzgünlüyünə dair meyarlar və xidmətlər və təlimatların digər xüsusiyyətləri İcraçı tərəfindən müstəqil olaraq müəyyən edilir. İstifadəçi şəxsi mülahizəsinə əsasən hansı tapşırıqlarda hansı materialların göstərilməsini müəyyən edir.

  • 8.9. İstifadəçi Saytın bütün materialları və xidmətlərinin və ya onların hər hansı bir hissəsinin reklamla müşayiət oluna biləcəyini qəbul edir. İstifadəçi İcraçının bu reklam üçün heç bir məsuliyyət daşımadığını və bu reklamla əlaqədar heç bir öhdəliyə malik olmadığını qəbul edir.

  • 8.10. Bu Razılaşmanın müddəaları İstifadəçi ilə İcraçı arasında agentlik, tərəfdaşlıq, birgə fəaliyyət, əmək münasibətlərinin və ya Razılaşmada açıq şəkildə nəzərdə tutulmayan digər hüquq münasibətlərinin yaranması kimi başa düşülə bilməz.

  • 8.11. İcraçı və İstifadəçi arasında elektron poçt vasitəsilə mesaj mübadiləsi yolu ilə əldə edilmiş razılıqlar yazılı razılaşma kimi tanınmalıdır. Saytın istifadəsi və İstifadəçi Razılaşması ilə əlaqədar İcraçı ilə əlaqə support@alimok.com e-mail ünvanı vasitəsilə həyata keçirilə bilər.

© «Professional IT» MMC, 2018-2019
Master Card Visa Card Yandex Kassa

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook Instagram